"Bizim mühafizəçilər, niyə susursunuz?" - Kadırovdan SƏRT TƏNQİD

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiyaya "çətin vaxtlarda" heç bir faydası yoxdur.

Olaylar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Kadırov təşkilat rəhbərlərini Qərbin sanksiyalarından qorxaraq susduqlarına görə qınayıb.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

"Bizim mühafizəçilər, niyə susursunuz? Niyə qonşularınız haqqında danışmırsız?" - deyə Kadırov bildirib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31