"Trampın Ağ Evə qayıdışı Rusiyaya Ukrayna üzərində qələbə qazandıra bilər" - Klinton

Keçmiş dövlət katibi özəl telekanallardan birinə müsahibəsinbə belə bir bəyanat səsləndirib.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın sabiq dövlət katibi və ölkə prezidentliyinə eks-namizəd Hillari Klinton deyib ki, əgər 2020-ci ildə Donald Tramp yenidən prezident seçilsəydi, Birləşmiş Ştatlar Şimali Atlantika hərbi alyansını tərk edəcəkdi.  

Yerli nəşrlərdən biri yazır ki, xanım Klintonun qənaətinə görə, 2024-cü ildə Trampın Ağ Evə qayıdışı guya Rusiyaya Ukrayna üzərində qələbənin yeganə real şansını qazandıra bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31