Bu ölkənin vətəndaşları Türkiyəyə pasportsuz gedə biləcək
18 İyun 2022 18:32 DünyaNorveç xarici işlər nazirinin Türkiyəyə səfəri əsnasında heç bir saziş imzalanmayıb.
Olaylar.az APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, dünyadakı çip böhranı səbəbindən Norveç vətəndaşları pasportlarının müddətini uzada bilmir. Buna görə də, cari turizm mövsümündə norveçlilərin Türkiyəyə gəlməsi üçün müvəqqəti tənzimləmə proseduru aparılacaq.
Bu müddət ərzində Norveç vətəndaşlarına çipli şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səyahət etmək hüququ veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31