Dünyada meymunçiçəyinə yoluxanların sayı açıqlanıb

2022-ci ilin əvvəlindən 42 ölkədə 2 103 nəfərdə meymunçiçəyinə yoluxma qeydə alınıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülletenində deyilir.

Eyni zamanda bu günədək azı bir nəfərin ölümü qeydə alınıb.

Ən çox yoluxma Böyük Britaniyadadır. Ölkədə bugünədək 524 nəfər meymunçiçəyinə yoluxub.

İspaniya 313, Almaniya 263, Portuqaliya 241, Kanada 159, Fransa 125, Niderland 80, ABŞ 72, İtaliya 68 və Belçika 52 yoluxma ilə ilk onluqda yer alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31