Ukrayna Rusiya vətəndaşları üçün viza rejimi TƏTBİQ ETDİ
17 İyun 2022 20:38 DünyaUkrayna hökuməti Rusiya ilə viza rejiminin tətbiq olunması barədə qərar verib.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi məlumat yayıb.
"Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxıb", - Ukrayna Prezidenti Ofisinin yaydığı məlumatda qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31