Məlumatları düşmənə ötürməmək üçün bunu etdilər
17 İyun 2022 20:28 DünyaStrateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi çat-botların sınaqdan keçirilməsi üçün prosesinə başlayıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu əməliyyatı "dovidka.info" saytından etmək mümkündür.
"Düşmən psevdo-botlar və ya ikili botlar yarada bilər ki, onlar vasitəsilə dezinformasiya yaya və ya məlumatlarınızı əldə edə bilər", - deyə departament xəbərdarlıq edir.
Botçekerin köməyilə "Telegram"da düşmən texnikasının hərəkəti barədə məlumat verən botları yoxlamaq, fövqəladə hallarda necə hərəkət etmək barədə məsləhətlər almaq və s. mümkündür.
Çat-botu iki kliklə yoxlamaq olar:
Sayta giriş edilir;
Axtarışa yoxlanması lazım olan botun adı daxil edilir.
Əgər bot verilənlər bazasında yoxdursa, bu barədə kiberpolisə məlumat vermək olar.