Səudiyyə Ərəbistanının şahzadəsi Ərdoğanla görüşəcək

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman iyun ayının 22-si Türkiyəyə rəsmi səfər edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, ikitərəfli və nümayəndə heyyətləri arasında keçiriləcək görüşdə əsasən Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı ikili əlaqələrin genişləndirilməsi müzakirə ediləcək.

Qeyd edək ki, bu, vəliəhd şahzadəsinin Türkiyəyə ilk rəsmi səfəridir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31