“Avroviziya-2023” mahnı müsabiqəsi Ukraynada keçirilməyə bilər
17 İyun 2022 17:09 DünyaAvropa Yayım Birliyi (EBU) "Avroviziya-2023" mahnı müsabiqəsinə Böyük Britaniyanın ev sahibliyi etməsi üçün BBC ilə müzakirələrə başladığını açıqlayıb.
Olaylar.az xəbər verir ki, hazırkı vəziyyət nəzərə alınaraq, Ukraynada "Avroviziya-2023" mahnı müsabiqəsi keçirilə bilməz. Səbəb bu ölkədə təhlükəsizliklə bağlı problemlərdir.
Qeyd edək ki, mahnı müsabiqəsinin Böyük Britaniyada keçirilməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31