"Avroviziya"ya Ukrayna yox, bu ölkə ev sahibliyi edəcək

Avropa Yayım Birliyi (EBU) "Avroviziya-2023" mahnı müsabiqəsinə Böyük Britaniyanın ev sahibliyi etməsi üçün BBC ilə müzakirələrə başladığını açıqlayıb.    

Bu barədə "Independent" nəşrinə istinadən xəbər verir.    

Bildirilib ki, hazırkı vəziyyət nəzərə alınaraq, Ukraynada "Avroviziya-2023" mahnı müsabiqəsi keçirilə bilməz. Səbəb bu ölkədə təhlükəsizliklə bağlı problemlərdir.    

Qeyd edək ki, mahnı müsabiqəsinin Böyük Britaniyada keçirilməsi gözlənilir.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31