Ailəsinə qəzəblənən şəxs evi yandırdı: 8 ölü

Tayvanın Hsinçu şəhərində təkər mağazasının sahibinin oğlu ailə münaqişəsindən sonra birlikdə yaşadıqları 2 mərtəbəli evi yandırıb.

Birinci mərtəbədə təkər mağazası olan binada törədilən yanğın nəticəsində eyni ailədən 8 nəfər həyatını itirib.

Yanğını saatlar sonra söndürmək mümkün olub.  Yanğınsöndürənlər ev sahibinin həyat yoldaşı, qızı, 2 gəlini və 4 uşaq olmaqla 8 nəfərin meyitini aşkar ediblər.

Şübhəli isə polis tərəfindən yaxalanıb.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31