Kişi həyat yoldaşına elektrik cərəyanı verərək qətlə yetirib
17 İyun 2022 13:22 DünyaOlaylar.az Türkiyənin Diyarbakır vilayətində Veysi Turan adlı şəxs, həyat yoldaşını gecə yuxuda olduğu zaman yanaq və məbəd (gicgah) sümüyünə yüksək gərginlikli elektrik cərəyanı verərək öldürüb. Məlum olub ki, Veysi Turan həyat yoldaşı oğlan uşağı doğmadığı üçün bu addımı atıb.
Cinayətkar ər qətl hadisəsindən sonra polisə zəng edərək "Əgər qətli mənə halaldırsa, arvadımı öldürdüm" deyə bildirib.
Məhkəmə onun barəsində ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə cəzası verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31