İlon Mask prezident seçkilərində ona səs verəcək – “Qırmızı dalğa gəlir...”

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask 2024-cü ildə ABŞ-da keçiriləcək Prezident seçkilərində dəstəkləyəcəyi şəxsin adını açıqlayıb.

O, Respublikaçı Florida qubernatoru Ron DeSantisi dəstəkləməyə yaxın olduğunu bildirib.

Mask bu ilin noyabrında keçiriləcək seçkilərlə bağlı "Twitter"də Nümayəndələr Palatasına namizədlik yarışında qalib gələn Mayra Floreslə bağlı yazıya da cavab verib:

"Mayra Floresə səs verməklə həyatımda ilk dəfə Respublikaçıya səs verdim. 2022-ci ildə böyük bir qırmızı (Respublika) dalğa gəlir", - deyə iş adamı bildirib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31