"Luqansk və Donetsk sakinləri arasında çoxsaylı yoluxucu xəstəliklər qeydə alınıb" - Rusiya MN

Pentaqonun Ukraynanın bioloji layihələrini maliyyələşdirməyə başlaması Donbassda hərbi qulluqçular və sakinlər arasında çoxsaylı yoluxucu xəstəliklərlə yadda qalıb.

Olaylar.az xəbər verir ki, bunu  keçirdiyi brifinqdə Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov deyib.

"Xarakterikdir ki, 2015-ci ildən - Pentaqon tərəfindən Ukrayna layihələrinin irimiqyaslı maliyyələşdirilməsinə başlanandan - hərbi qulluqçular, eləcə də Luqansk və Donetsk sakinləri arasında çoxsaylı yoluxucu xəstəliklər qeydə alınıb.

Kirillov qeyd edib ki, 2016-cı ildə tulyaremiyaya yoluxma halları 2007-ci illə müqayisədə 9,5 dəfə artıb və xəstələnmə strukturunda da fərqli əlamətlər, o cümlədən  hərbçilər arasında xəstələrin sayı artıb.

O xatırladıb ki, NATO-nun təlimatlarında (Radiasiya, kimyəvi, bioloji və nüvə itkilərinin qiymətləndirilməsi üzrə Təlimat) tulyaremiya prioritet bioloji agentlərdən biri hesab olunur. Məhz bu patogen 2012-ci ildə rəsmi təsdiqi ilə alyansın İsveçdəki poliqonlarda hərbi təlimləri zamanı istifadə edilib.

unikal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31