“Coca-Cola” Rusiyada fəaliyyətini dayandırır
16 İyun 2022 22:19 Dünya"Coca-Cola" şirkəti rəsmi şəkildə Rusiyadakı "Coca-Cola" və digər brend içkilərin (o cümlədən "Sprite", "Fanta" və "Dobrıy" şirəsi) istehsalını və satışını dayandıracağını açıqlayıb.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə news.ru saytı məlumat yayıb.
Bildirilir ki, "The Coca-Cola Company" hələ martda Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Rusiyada işgüzar fəallığını azaldacağını bəyan etmişdi.
Buna baxmayaraq, şirkətin Nijni Novqoroddakı zavodu işləməyə davam edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31