"Bu da Avropa İttifaqının Ukrayna ilə həmrəyliyinin möhkəm tərifidir" - Yaroslav Nad
16 İyun 2022 21:26 DünyaSlovakiya Ukraynaya dörd Mi-17 helikopteri və bir Mi-2 helikopteri, eləcə də "Qrad" reaktiv yaylım atəşi sistemi üçün sursat göndərib.
Olaylar.az milli.az-a istinadən bildirir ki, bunu müdafiə naziri Yaroslav Nad deyib.
Nazirin sözlərinə görə, helikopterlər artıq Ukrayna Silahlı Qüvvələrində xidmətdədir:
"Ukraynaya edilən bu yardım, bütün əvvəlki tədarüklər kimi, Avropa Sülh Fondundan Slovakiyaya ödəniləcək ki, bu da Avropa İttifaqının Ukrayna ilə həmrəyliyinin möhkəm tərifidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31