Marsa həyat axtarmağa gedənlər zibil tapdı - FOTO

 

NASA tərəfindən Marsa göndərilən kosmik gəmi planetdə həyat əlamətlərini axtararkən zibil tapıb.

Olaylar.az olke.az-a istinadla xəbər verir ki,  ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tərəfindən Marsa göndərilən "Perseverance" kosmik gəmisi planetin səthində insan istehsalı olan zibil aşkar edib.

2021-ci ildə Marsın səthinə enən komanda Marsın səthində eniş zamanı nəqliyyat vasitəsini həddindən artıq temperaturdan qorumaq üçün istifadə edilən termal örtük parçası tapıb.

Termal örtüyün nəqliyyat vasitəsinin düşdüyü ərazidən 2 kilometr aralıda tapılmasının təəccüblü olduğu bildirilib və küləyin təsiri ilə uçurulmuş ola biləcəyi ehtimal edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31