Gürcüstanda ictimai nəqliyyatda maska tələbi ləğv edilir

Gürcüstanda ictimai nəqliyyatda qoruyucu maskadan istifadə tələbi ləğv edilir.

Olaylar.az report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Gürcüstan hökuməti qəbul edib.

İyunun 20-dən qüvvəyə minəcək qərarla sərnişinlər avtobus və metroda maskadan istifadə etməli olmayacaqlar.

Qərara əsasən, maska taxmaq tələbi yalnız tibb müəssisələrində qüvvədə saxlanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31