Türkiyənin məşhur bölgəsi risk altındadır: hər an... - VİDEO
16 İyun 2022 18:36 DünyaÖtən il sel fəlakətinin baş verdiyi Karadeniz bölgəsi yenidən risk altındadır.
Olaylar.az bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Dəniz suyunun temperaturu və rütubətinin artmasına diqqət çəkən mütəxəssislərin sözlərinə görə, bu il bölgədə sel fəlakəti baş verə bilər.
2021-ci ilin yayında Sinop və Bartın başda olmaqla Kastamonu və Bozkurt vilayətlərində böyük sel fəlakəti yaşanıb.
80-dən çox insanın həyatını itirdiyi fəlakətdən sonra bu il Karadenizdə sel və daşqın ehtimalları qiymətləndirilir.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31