Sürətlə böyüyən qara dəlik aşkarlandı - Ölçüsü alimləri belə heyrətləndirir

Avstraliya Milli Universitetinin məlumatına görə, astronomlar son 9 milyard ildə ən sürətlə böyüyən qara dəliyi aşkar ediblər.

Dəlik qalaktikamızdan gələn bütün işıqlardan təxminən 7000 dəfə parlaqdır və 3 milyard günəş kütləsinə malikdir.

Avstraliya Milli Universitetinin aparıcı tədqiqatçısı dr. Kristofer Onken:

"Astronomlar 50 ildən artıqdır ki, bu cür obyektləri axtarırlar. Onlar minlərlə sönük obyekt tapıblar, lakin bu dərəcədə parlaq olanına əvvəllər rastlanmayıb", - deyib.

O,  "J1144" adlı qara dəliyi "saman tayasında çox böyük və gözlənilməyən iynə" kimi təsvir edib.

Araşdırmanın həmmüəllifi Kristian Volf isə belə deyib: "Biz bu rekordun qırılmayacağına tam əminik. Bu kimi şeyləri gizlədə biləcəyimiz səmamız yoxdur".

Qrupun fikrincə, qaranlıq ərazidə yaxşı bir teleskopu olan hər kəs onu asanlıqla görə bilər.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31