Avropaya qaz tədarükünün üçqat zərbəsi qiymətlərin kəskin artmasına səbəb olub

Olaylar.az xəbər verir ki, Avropaya təbii qaz tədarükü 48 saat ərzində üçüncü zərbəni vuraraq qiymətləri həftənin əvvəlindən 42% bahalaşdırıb.

İtaliyanın enerji nəhəngi ENI  bildirib ki, Rusiyanın dövlət qaz istehsalçısı olan Qazprom tədarükünü 15% azaldacaq. ENI sözçüsü CNN Business-ə  "səbəb məlum deyil"- deyə söyləyib.

Siemens Energy qaz kəmərinin təmiri üçün lazım olan turbinlərin geri qaytarılmasını gecikdirdiyinə görə, Şimal axını 1 vasitəsilə qaz tədarükünü 40% azaldacaq. Qazprom  iyunun 16-dan  etibarən tədarükləri daha üçdə bir azalaraq 67 milyon kubmetrə çatdıracağını söyləyib.

Siemens xidmət üçün turbinləri Kanadadakı fabriklərindən birinə aparıb.İyunun 16-da  verilən açıqlamada, Kanadanın Ukraynadakı hadisələrə görə ölkəyə tətbiq etdiyi sanksiyalara görə avadanlığın Rusiyaya qaytarılmasının "mümkün olmadığı" bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31