Vladimir Zelenski və Boris Conson arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Olaylar.az "report"a istinadən bildirir ki, bu barədə Ukraynanın dövlət başçısı tvitter-də yazıb.

"Boris Consonla daim təmasdayam. Mühüm beynəlxalq tədbirlər ərəfəsində mövqeləri razılaşdırdıq. Döyüş meydanındakı durumu, Ukraynanın müdafiə ehtiyaclarını və ərzaq təhlükəsizliyinə təhdidləri müzakirə etdik", - V.Zelenski vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31