ABŞ Ukraynaya əlavə 1 milyard dollar dəyərində silahlar göndərir

Bayden administrasiyası Ukraynaya əlavə 1 milyard dollar dəyərində hərbi yardım ayırır.

Olaylar.az bildirir ki, bu barədə ABŞ Prezident Administrasiyasının rəsmisi bildirib. Qeyd olunub ki, yardım paketinə əlavə haubitsalar, sursat və sahil müdafiə sistemlərinin daxil olacağı gözlənilir.

Məlumata görə, hərbi yardım paketinə daxil olan silah və sursatlar həm tezliklə göndərilməsi üçün ABŞ-ın mövcud ehtiyatlarından, həm də Ukraynaya uzunmüddətli tədarük üçün yeni kontraktlardan əldə ediləcək.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31