Rusiya Ukrayna və Türkiyə ilə razılaşdı
15 İyun 2022 20:55 DünyaRusiya, Ukrayna və Türkiyə Ukrayna limanlarından taxıl ixracı ilə bağlı müdafiə nazirlikləri vasitəsilə təcili rabitə kanalı təşkil ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat yayıb.
Dövlətlər bu işi həyata keçirmək üçün general rütbəsindəki nümayəndələrini təyin edəcəklər.
Məlumata görə, rabitə kanalı sayəsində tərəflər taxıl ixracı məsələlərini ətraflı müzakirə edə biləcək və nəticədə bu proses öz məntiqi həllini tapacaq.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko bildirib ki, Rusiya Ukrayna ərazisindən, o cümlədən Rusiya silahlı qüvvələrinin nəzarətinə keçən ərazilərdən taxıl ixracına mane olmur.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31