İsveçrənin hava məkanı bağlanıb - AÇIQLAMA
15 İyun 2022 20:45 DünyaOlaylar.az bildirir ki, "Skyguide" aeronaviqasiya xidməti bu səhər erkən saatlarında texniki problemlə qarşılaşdığı üçün İsveçrə hava məkanının bağlandığını açıqlayıb.
Xidmət nasazlığın aradan qaldırılması üçün nə qədər vaxt lazım ola biləcəyini açıqlamadan Cenevrə və Sürix hava limanlarında müştərilər, tərəfdaşlar və sərnişinlər üçün yaranan narahatlığa görə təəssüfləndiyini bildirib.
Cenevrə Beynəlxalq Hava Limanının İdarəsi öz "Twitter" hesabında bildirib ki, "Skyguide" informasiya sistemində yaranmış texniki problem səbəbindən iyunun 15-də hava limanında bütün uçuşlar və enişlər səhər saat 11-ə (Bakı vaxtı ilə 13:00) qədər dayandırılıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31