Türkiyə üçtərəfli danışıqlardan İMTİNA ETDİ
15 İyun 2022 20:09 DünyaTürkiyə hakimiyyəti NATO-nun alyansa qoşulmaq istəyən ölkələrlə buna qarşı çıxan Ankara arasında fikir ayrılıqlarının həllinə yönəlmiş İsveç və Finlandiya ilə üçtərəfli danışıqlarda iştirak etmək dəvətini rədd edib.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, üç ölkənin nümayəndələri və NATO-dan neytral vasitəçinin iştirakı ilə nəzərdə tutulan görüş çərşənbə gününə planlaşdırılıb.
Bununla belə, Türkiyə Helsinki və Stokholmdan təhlükəsizliklə bağlı narahatlıqları azaltmaq üçün konkret təkliflər almayana qədər heç bir danışıqlarda iştirak etməyəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31