“Gün gələcək, biz Ukraynaya kömək edəcəyik" - Emmanuel Makron

"Ukrayna hakimiyyəti ilə Rusiya arasında danışıqlar qaçılmazdır".

Olaylar.az bildirir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron rumıniyalı həmkarı Klaus İohannis ilə keçirdiyi mətbuat konfransında deyib.

"Gün gələcək, biz Ukraynaya kömək edəcəyik. Atəşkəs əldə olunanda biz danışıqlara başlamalıyıq. Ukrayna Prezidenti və hökumət üzvləri Rusiya ilə danışıqlar aparmalı olacaqlar", - Makron qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizliyin təminatçısı qismində çıxış etmək üçün həmin gün danışıqlar masası arxasında Avropa ölkələrinin nümayəndələri də olacaq.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31