FİFA və UEFA-nın keçmiş rəhbərlərinin mümkün cəzası bəlli oldu
15 İyun 2022 19:18 DünyaOlaylar.az bildirir ki, Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) keçmiş rəhbəri Mişel Platininin məhkəmə prosesinin təfərrüatları məlum olub.
İsveçrə prokurorluğu iki il sınaq müddəti ilə bərabər məmurlara 1 il 8 ay şərti həbs cəzası istəyib.
Qeyd edək ki, Blatter və Platini 2021-ci ilin noyabrında dələduzluqda ittiham olunub. İşlə bağlı hökm iyulun 8-də elan ediləcək.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31