"Onlar Ukrayna işğalından azaddırlar" - Kadırov

"Ukraynanın Kamışevaxin rayonunun tutulmasının son mərhələsi başa çatıb".

Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib.

Respublika başçısı həmçinin qeyd edib ki, çeçen döyüşçüləri mülki əhaliyə anlayış və rəğbətlə yanaşır, insanları təxliyə edir, onlara mümkün köməklik göstərirlər.

"Kamışevaxi sakinləri dərindən nəfəs ala bilərlər, çünki bundan sonra onlar Ukrayna işğalından azaddırlar. Əla iş üçün Zamid Çalayevə və alayın bütün şəxsi heyətinə təşəkkür edirəm!", - deyə siyasətçi əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31