Toyda uduzan bəy gəlini yumruqladı - VİDEO
14 İyun 2022 19:12 DünyaÖzbəkistanda baş tutan toy zamanı qalmaqallı hadisə baş verib.
Olaylar.az xəbər verir ki, şadlıq sarayında bəylə gəlin ölkədəki toylarda ənənəvi olaraq oyun oynayıblar. Gəlinin qalib gəlməsinə qəzəblənən bəy bunu həzm edə bilməyib. Uduzmağa dözməyən kişi var gücü ilə gəlinin başına sərt bir yumruq vurub. Baş verənlərdən təəccüblənən gəlini yaxınları aparıblar.
Görüntülər sosial mediada gündəmə səbəb olub.
Həmin anlar anbaan lentə alınıb. Gəlin yaşananların şokundan çıxa bilməsə də, yaxınları tərəfindən səhnədən endirilib. Bəyin səhnədə qalaraq heç nə olmamış kimi əylənməyə davam etməsi diqqət çəkib.
olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31