"Ukrayna, Gürcüstan və Moldova ilə bağlı rəylər cümə günü açıqlanacaq" - Erik Mamer

İyunun 17-də Avropa Komissiyası Ukrayna, Gürcüstan və Moldovanın Avropa İttifaqına üzvlüyünə namizəd statusu ilə bağlı müraciətlərinə dair rəylər təqdim edəcək və ona əsasən, bu ölkələrə namizəd statusunun verilib - verilməməsi məsələsi həll olunacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Erik Mamer brifinqdə deyib.

"Mətbuatda oxudum ki, Komissiya dünən qərar verib. Amma bu tamamilə yanlışdır. Komissiya dünən heç bir qərar verməyib. O, cümə günü qəbul ediləcək qərarı hazırlamaq üçün panel üzvlərinə bu məsələ ilə bağlı fikir və baxışlarını ifadə etməyə imkan verən giriş debatı keçirib".

Onun sözlərinə görə, Avropa Komissarları Şurasında bu məsələ müzakirə olunur.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31