“Lazım gələrsə, Ərdoğanla danışıqları proqrama əlavə edə bilərik” - Peskov
14 İyun 2022 18:56 DünyaRusiya Prezidenti Vladimir Putinin proqramında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ukrayna mövzusunda danışıq yoxdur.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
"Lazım gələrsə, Ərdoğanla danışıqları proqrama əlavə edə bilərik", - deyə Peskov bildirib.
Qeyd edək ki, Ərdoğan bu həftə Putin və Zelenski ilə telefon danışığı aparacağını söyləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31