Türkiyədə zəlzələ baş verib

Olaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Aralıq dənizindən kənarda yerləşən Krit adasından şərqdə 6 maqnituda gücündə zəlzələ baş verib. Yerdən 36 kilometr aşağıda yerləşən bu titrəmənin Antalya və Aydın kimi Aralıq dənizi ilə həmsərhəd əyalətlərdə də hiss olunduğu bildirildi.Bu barədə Antalya valisi Ersin Yazici sosial media hesabında  məlumat paylaşıb.

"Şükürlər olsun ki,Kaş rayonu sahillərində 6,0 bal gücündə 08.32 radələrində baş verən zəlzələdə, tələfat olmayıb. Bütün vətəndaşlarımıza keçmiş olsun"- deyə Yazici söyləyib.

Qeyd edək ki,  zəlzələ İsrail, Livan və Misir sahillərində də hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31