Hava limanında 1.2 ton narkotik ələ keçirildi
19 Oktyabr 2021 15:09 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya gömrükçüləri Münhen hava limanında güclü psixotrop təsir göstərən bir dərman olan təxminən 1.2 ton khat yarpağı ələ keçirib. Bu barədə Almaniya mediası yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.Malların bir paket ilə qablaşdırıldığı və "masa bəzəkləri" olaraq qeydiyyata alındığı bildirilir. Paket Dubaydan göndərilmiş və ABŞ-a çatdırılmalı olduğu qeyd olunub.Hazırda yük göndrərənin və alıcnın kimliyi ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31