İspaniyada vulkan lavaları okeana çatıb
29 Sentyabr 2021 12:50 Dünyaİspaniyada La Palma adasında "Cumbre Vieja" yanardağı lava və kül püskürməyə davam edir. Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, sentyabrın 19-dan bu yana vulkanın püskürməsi nəticəsində 600 ev külə dönüb. Təbii fəlakətin 10-cu günündə isə lavalar Atlantik okeanına çatıb.
İspaniya hökuməti yanardağın yerləşdiyi adanı "fəlakət bölgəsi" elan edib. Həmçinin bölgəyə vurulan zərərin 400 milyon avronu ötəcəyi proqnozlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31