Dəniz taksiləri istifadəyə verildi
24 Sentyabr 2021 17:18 DünyaTürkiyənin ən böyük şəhəri İstanbulda tarixdə ilk dəfə dəniz taksiləri fəaliyyətə başlayıb.Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) sədri Əkrəm İmamoğlu vətəndaşların istifadəsinə verilən dəniz taksilərinin açılış mərasimində iştirak edib.Qeyd olunur ki, hələlik sərnişinlərə xidmət göstərmək üçün səkkiz taksi istifadəyə verilib.Gələcəkdə taksilərin sayının 50-yə qədər yüksəldilməsi nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31