Kabil aeroportunun fəaliyyəti bərpa olunub
20 Sentyabr 2021 11:45 DünyaƏfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb.Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.Bildirilib ki, bu ilin avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31