ÜST nümayəndə heyətinin Rusiyaya növbəti səfəri gözlənilir

Təşkilat peyvənd istehsalçısından əlavə məlumat gözlədiyini ifadə edərək, araşdırma prosesinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.Məlumata əsasən , Sputnik V peyvəndi istehsalçıları ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında Rusiya peyvəndinin təsdiqlənməsi ilə bağlı danışıqlar konstruktiv  şəkildə davam edir. "ÜST ilə əməkdaşlıq müsbət bir şəkildə açılıb. ÜST nümayəndə heyətinin Rusiyaya növbəti səfəri yaxın zamanlarda  baş tutacağı gözlənilir" - deyə  bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31