Şimali Kiprə səfərlə bağlı yeni qaydalar tətbiq edilir

Şimali Kipr Türk Respublikasının Səhiyyə Nazirliyi pandemiya dövründə ölkəyə səfər edənlər üçün yeni qaydaları açıqlayıb. "OLAYLAR" xəbər verir ki, Səhiyyə Nazirliyi Yoluxucu Xəstəliklər Ali Komitəsi tərəfindən qəbul edilən yeni qəydalara əsasən, ölkəyə hava, dəniz və ya quru yollarla gələnlər səfərdən əvvəl 72 saat keçərli olacaq neqativ PCR test nəticələri ilə Şimali Kiprə daxil ola biləcəklər. Səfər edənlər adapass.gov.ct.tr internet adresində olan formanı dolduraraq, alacaqları QR kodu ilə adaya daxil ola biləcəklər.

Bunu edə bilməyənlər isə 27 sentyabr 2021 -ci ilə qədər lazımi sənədlərlə girə biləcəklər. QR kodu əldə edərək ölkəyə daxil olan insanlar sürətli tranzit imkanından istifadə edə biləcəklər.

Qaydalar  18 yaş və yuxarı olanlar üçün məcburi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31