Dilarə Türkiyənin ən gözəl qızı oldu - VİDEO
10 Sentyabr 2021 06:16 DünyaÖtən gün Türkiyədə növbəti dəfə "Miss Turkey" yarışması keçirilib.
BAKU.WS xəbər verir ki, müsabiqədə 20 finalçı birinci, ikinci və üçüncü yer uğrunda mübarizə aparıb.
Yarışmada 14 nömrəli iştirakçı Dilarə Qorxmaz birinci yeri qazanıb.
O, hazırda tələbədir və Türkiyədəki ali məktəblərdən birində maliyyə ixtisası üzrə təhsil alır. 23 yaşlı Dilarənin boyu 1.77 santimetrdir.
"Miss Turkey" müsabiqəsinin ikincisi Cemrenaz Turhan, üçüncüsü isə Şira Sahili olub.
QALEREYA



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31