İran qadağan etdiyi vaksinləri ölkəyə gətirir

Yeni növ koronavirus peyvəndi əldə etməkdə çətinlik çəkən İran, Dünya Səhiyyə Təşkilatının COVİD-19 Peyvəndlərinə Qlobal Giriş Proqramı (COVAX) çərçivəsində alınan təxminən 1,5 milyon doz vaksinin ölkəyə gətirildiyini açıqlayıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə və İsveçin birgə istehsalı olan 1 milyon 495 min doz "AstraZeneca" peyvəndi İranın Səhiyyə Nazirliyinə çatdırılıb. Daha əvvəl Amerika və İngilis peyvəndlərinin ölkəyə girişini qadağan edən İran lideri Xamneyi "Əcnəbi və ya yerli istehsal edilən peyvəndlər böyük səylə və hər cür şəkildə ictimaiyyətə təqdim edilməlidir" fikrinin söyləyib. İran Səhiyyə Nazirliyinin məlumatlarına görə, təxminən 83 milyon əhalisi olan ölkədə bu günə qədər cəmi 28 milyon 67 min 827 doz peyvənd vurulub.

Səhiyyə Nazirinin müavini Əli Rıza Reisi açıqlamasında bildirib ki, 5 milyon dozada COVİD-19 peyvəndi sentyabr ayında hər həftə veriləcəyini və peyvəndlənmə nisbətini artıracaqlarını açıqlayıb.

İran peyvəndlənmə prosesində yerli COVIRAN vaksinindən Sinopharm, Sputnik V və AstraZeneca-dan istifadə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31