Gürcüstanda koronavirusa yoluxanların sayı 550 mini keçdi

Gürcüstanda ötən sutkada koronavirusa 3 886 yeni yoluxma faktı qeydə alınıb, 4 103 nəfər müalicə olunaraq sağalıb.

Gürcüstanda ötən sutkada koronavirusa 3 886 yeni yoluxma faktı qeydə alınıb, 4 103 nəfər müalicə olunaraq sağalıb.Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.Son 24 saat ərzində daha 74 nəfər vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 553 697 nəfər yoluxub. Onların 497 517-si sağalıb, 7 482-si isə dünyasını dəyişib.
Aktiv xəstə sayı 48 672 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31