Putinin sözcüsündən Rusiyaya işləməyə gedənlərlə bağlı AÇIQLAMA - Bu problem həll olunur?

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov əmək miqrantlarının çatışmazlığı probleminin aktual olduğunu bildirib

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov əmək miqrantlarının çatışmazlığı probleminin aktual olduğunu bildirib. Onun sözlərinə görə, bu, hökumətdə müzakirə olunur, lakin hələlik əcnəbi işçilərin giriş qaydasının dəyişdirilməsindən söhbət getmir.

32gun.news xəbər verir ki, jurnalistlərdən birinin sualını cavablandıran Peskov "Miqrant problemi həqiqətən müzakirə olunan bir problemdir. Həm də bilirsiniz ki, bu son dərəcə aktual problemdir. Bu problem təkcə ictimai iaşə üçün deyil, inşaatçılar və iqtisadiyyatın digər sahələri üçün də aktualdır", - deyə cavab verib.

Kreml sözçüsü onu da qeyd edib ki, işçi çatışmazlığını aradan qaldırmaq üçün bir sıra ekspert təklifləri var, lakin indiyə qədər heç bir qərar verilməyib.

Gənclər və İdman Nazirliyində koronavirus şoku – kütləvi yoluxma



Peskov onu da bildirib ki, Kreml əmək miqrantlarının kütləvi davalarda iştirakını ciddi problem hesab etmir. Onun sözlərinə görə, bu cür dava-dalaşlar bütün ölkələrdə baş verir.

O qeyd edib ki, bu münaqişələr mövcud qanunvericiliyi pozursa, hüquq-mühafizə orqanları və miqrasiya xidməti tərəfindən müvafiq tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31