Ən bahalı spirtli içkilər hansı ölkədə satılır?
Avropada ən bahalı spirtli içkilər Norveçdə satılır
31 Avqust 2021 06:17 DünyaAvropada ən bahalı spirtli içkilər Norveçdə satılır.
"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Statistik Agentliyi (Eurostat) açıqlayıb.
Məlumata görə, Norveçdə spirtli içkinin qiyməti Avropanın ortalama qiymətindən 151,2% bahadır.
Mütəxəssislərin 37 ölkə üzrə araşdırmalarına görə, Norveçdən sonra ən bahalı spirtli içki satan ölkələr İslandiya, Finlandiya, İrlandiya və İsveçdir. Ən ucuz spirtli içki satan ölkələr isə Macarıstan, Rumıniya və Bolqarıstandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31