Özbəkistanda COVID-19 əleyhinə "pomidor" peyvəndi yaradılıb

Özbəkistan Elmlər Akademiyasının Genetika və Bioinformatika Mərkəzinin əməkdaşları koronavirusa qarşı yeməli peyvənd hazırlayıblar

Özbəkistan Elmlər Akademiyasının Genetika və Bioinformatika Mərkəzinin əməkdaşları koronavirusa qarşı yeməli peyvənd hazırlayıblar.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, mərkəz mütəxəssisinin dediyinə görə, elm adamları koronavirus əleyhinə peyvəndi klonlaşdıraraq bitki hüceyrəsinə daxil ediblər.

Alimlər cari ilin yanvar ayından bu layihə üzərində işləyirlər. Pomidor və xiyar təsadüfən seçilməyib. Belə ki, hüceyrələri məhv edən istilik bu tərəvəzlərdə olmur.

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI - 5512 NƏFƏR ÖLÜB, MİNLƏRLƏ ŞƏXS... FOTO

Müxtəlif ölkələrdən olan tədqiqatçılar yeməli peyvəndlərlə fəal şəkildə sınaq keçirirlər. Rusiya və Kanadada süd və yulaf məhsulları üzərində sınaqlar keçirilir. Bu kimi peyvəndlərin klinik sınaqları artıq tamamlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31