Rusiyadan Türkiyəyə Krımla bağlı GÖZLƏNİLMƏZ TƏKLİF: Bunu etməyə hazırıq
Rusiya Krımla bağlı mövqeyini Türkiyə və digər ölkələrə daha çox izah etməyə hazırdır
25 Avqust 2021 20:04 Dünya"Rusiya Krımla bağlı mövqeyini Türkiyə və digər ölkələrə daha çox izah etməyə hazırdır".
Kanal.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov belə açıqlama verib. O bildirib ki, Rusiyanın Türkiyə ilə yaxşı münasibətləri var. Onun sözlərinə görə, Ankara ilə münasibətlər inam üzərində qurulub:
"Lakin bu aramızda ciddi fikir ayrılıqlarının olmadığı anlamına gəlmir. Ciddi fikir ayrılıqlarından biri də Krım məsələsidir. Türk həmkarlarımızın bu mövqeyini qəbul etmirik və bunun tamamilə yalnış olduğunu hesab edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31