Putin: “Rusiya Əfqanıstandakı münaqişəyə müdaxilə etməyəcək”

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Əfqanıstandakı münaqişəyə qarışmayacağını bildirib

 

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Əfqanıstandakı münaqişəyə qarışmayacağını bildirib.

"RİA Novosti" xəbər verir ki, o, bunu hakim "Vahid Rusiya" partiyasının qurultayındakı çıxışı zamanı bəyan edib.

Türkiyədə Azərbaycan mədəniyyət çadırının açılışı olub - FOTO

"Biz Əfqanıstandakı vəziyyəti diqqətlə izləyirik. Lakin müdaxilə etməyəcəyik, xüsusilə də hamının hamıya qarşı olduğu hərbi münaqişəyə qatılmayacağıq", - deyə dövlət başçısı qeyd edib.

Putin xatırladıb ki, vaxtilə SSRİ-nin Əfqanıstana müdaxilə təcrübəsi olub və Rusiya bu təcrübədən nəticə çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31