Yaponiyanın ən təhlükəli yakudza lideri edam ediləcək

Yaponiyanın cənub-qərbindəki Fukuoka şəhər məhkəməsi, "xüsusilə təhlükəli" olaraq təyin olunan yakudza qrupunun (mafiya qruplaşması) lideri Satoru Nomura edam cəzasına məhkum edib

Yaponiyanın cənub-qərbindəki Fukuoka şəhər məhkəməsi, "xüsusilə təhlükəli" olaraq təyin olunan yakudza qrupunun (mafiya qruplaşması) lideri Satoru Nomura edam cəzasına məhkum edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. 

ARB-dən Xoşqədəm Hidayətqızı ilə bağlı açıqlama

Qeyd edək ki, Satoru Nomura 2014-cü ildə həbs edilib. 74 yaşlı mafiya lideri bir balıqçılıq kooperativinin başçısını öldürməkdə və polislərə hücum etməkdə ittiham olunur. Nomura isə özünü təqsirli bilmədiyini deyib. 950 professional cinayətkara liderlik edən Nomuranın 50-yə yaxın cinayətdə əlinin olduğu vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31