Zəlzələ nəticəsində ölənlərin sayı 2207-ə YÜKSƏLİB

Haitidə baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2207 nəfərə çatıb. 344-dən çox insanın itkin düşdüyü bildirilir.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 14-də Haitidə baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2207 nəfərə çatıb. 344-dən çox insanın itkin düşdüyü bildirilir.

Haitinin Mülki Müdafiə Agentliyi zəlzələ nəticəsində ölənlərin sayının 2207 nəfərə çatdığını, 12 268 nəfərin yaralandığını vurğulayıb.

Dağıntılar altında axtarış-xilasetmə işləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31