Əfqanıstanda silahlı toqquşma ÖLƏNLƏR VAR
Kabildə yerləşən hava limanında baş verən silahlı insident nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir əməkdaşı öldürülüb, üçü yaralanıb.
23 Avqust 2021 11:00 DünyaKabildə yerləşən hava limanında baş verən silahlı insident nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir əməkdaşı öldürülüb, üçü yaralanıb."RİA Novosti" agentliyi xəbər verir ki, bu barədə bundesver komandanlığı məlumat yayıb. Məlumatda həmçinin qeyd olunur ki, naməlum şəxslərlə atışmada Almaniya və ABŞ hərbçiləri də iştirak edib, onlardan xəsarət alan olmayıb. Xatırladaq ki, "Taliban"ın Kabilə daxil olmasından sonra on minlərlə insan ölkəni tərk etmək ümidi ilə paytaxtın hava limanına axın etməyə başlayıb. Nəticədə aeroportda izdiham yaranıb, sıxlıq zamanı onlarla şəxs həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31