Kabildə Azərbaycan-Türkiyə qardaşlığı: “Haber Global” azərbaycanlı sülhməramlılara reportaj həsr etdi - VİDEO
Azərbaycanlı sülhməramlıların Əfqanıstanın paytaxtı Kabil aeroportunda türkiyəli ailənin övladını izdiham arasında götürərək öz nəzarəti altına alması dost dövlətin mətbuatında da geniş işıqlandırılıb
21 Avqust 2021 20:08 DünyaAzərbaycanlı sülhməramlıların Əfqanıstanın paytaxtı Kabil aeroportunda türkiyəli ailənin övladını izdiham arasında götürərək öz nəzarəti altına alması dost dövlətin mətbuatında da geniş işıqlandırılıb.
"Haber Global" telekanalında yayımlanan reportajda sözügedən hadisənin detallarına toxunulub.
"Tarixi qardaşlıq, güvən bir daha ortaya çıxdı. Bir millət iki dövlət deyərək eyni ay-ulduzlu bayrağın altında yaşayanlar Kabildə, ən çətin vəziyyətdə də bir-birlərinə dəstək olurlar", - deyə reportajda vurğulanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31